Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən SAXLANILDI

Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən SAXLANILDI






presstv

"Presstv"az #Bakı, #İnzibati Xətalar Məcəlləsi, #Nəsimi Rayonu, #Novruz bayramı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda həbsdən çıxmış şəxs viski oğurladığı üçün yenidən saxlanılıb.

presstvaz “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1986-cı ildə Bakı şəhərində anadan olmuş F.G. Novruz bayramı günü içmək üçün Nəsimi rayonunda yerləşən “Neptun” marketindən 1 ədədinin dəyəri 246.53 manat təşkil edən “Singleton-18” markalı viskini oğurlayıb.

F.G. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, bir neçə gün əvvəl həbsdən çıxmış F.G. “Neptun” marketindən ikinci dəfə viskini oğurlamağa cəhd edərkən mağaza işçiləri tərəfindən saxlanılıb.

Birinci dəfə oğurladığı viskini özü istifadə edib. İkinci dəfə oğurluq edərkən market əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Məhkəmənin qərarı ilə F.G. 24 gün müddətinə inzibati həbs edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv