Paşinyan: “İrəvan Bakıdan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır”

Paşinyan: “İrəvan Bakıdan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Ermənistan, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hazırda Ermənistan Azərbaycandan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır.

presstvaz   Oxu.az-a  istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.

“Biz Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarını araşdırmağa hazırıq, bu mesajı diplomatik kanallarla göndərmişik və göndəririk. Biz, həmçinin eyni kanallar vasitəsilə bir sıra məlumatlar almışıq və vəziyyəti daha aydın şəkildə başa düşmək üçün tam ciddiyyət və səmimiyyətlə araşdırma aparırıq”, – deyə o vurğulayıb.

Paşinyan tərəflərdən heç birinin eskalasiya niyyətini bəyan etmədiyinə diqqət çəkib. O, bu yanaşmanı düzgün və sülh gündəliyinin məntiqinə uyğun hesab edib.

Qeyd edək ki, Ermənistan tərəfi şərti sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini vaxtaşırı atəşə tutur. Sonuncu dəfə belə bir hal martın 16-20-də baş verib. Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan hərbçilərinin mövqelərini mütəmadi olaraq atıcı silahlardan atəşə tutması barədə dəfələrlə məlumat verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv