Azərbaycanda bir adamı iki məzarda “DƏFN ETDİLƏR” – Bələdiyyədən AÇIQLAMA

Azərbaycanda bir adamı iki məzarda “DƏFN ETDİLƏR” – Bələdiyyədən AÇIQLAMA






presstv

"Presstv"az #Ailə, #Bələdiyyə, #DNT, #Hadisə, #Hakim, #Sosial şəbəkələr, #Vəfat edib, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyasını dəyişən şəxsin iki məzarı var. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Söhbət Mingəçevirdə kənd qəbiristanlığıkı Cavad Yəhya oğlu Qurbanzadənin məzarlarından gedir.

Mərhum 2023-cü ildə 57 yaşında vəfat edib. Onun qəbir daşlarından birinə “övladlarından”, digərinə isə “dostlarından xatirə” yazılıb.

Mingəçevir bələdiyyəsinin nümayəndəsi Kamil Hüseynov məsələ ilə bağlı açıqlama verib.

“Məzarının atasının yanında olmasını istədilər. Biz də deyiləni etdik. Bir adamın iki başdaşı ola bilməz. Necə oldu, ölü dirildi? Dəfndə iştirak etmişəm. Meyit məzara qoyulub. Məzarlardakı ayrı-ayrı insanlardır”, – deyə o bildirib.

Ətraflı Baku TV-nin süjetində:

17:00

Mingəçevirdə vəfat edən bir insana eyni qəbiristanlıqda iki fərqli yerdə başdaşının qoyulması görənləri təəccübləndirib.

presstvaz xəbər verir ki, hadisə Mingəçevir kənd qəbiristanlığında baş verib.

Qeyd olunub ki, qəbiristanlıqda dəfn olunan Cavad Yəhya oğlu Qurbanzadəyə həm ailəsi, həm də dostları tərəfindən fərqli yerlərdə başdaşı qoyulub.

“Dəfndə özüm də iştirak etmişəm. Cavad qardaşının yanında dəfn olunub və ailəsi adından ona başdaşı qoyulub. Sonra isə bir qədər aralıda Cavadın şəkli olan daha bir başdaşı qoyulub. Orada isə başdaşının dostları tərəfindən qoyulduğu yazılıb”, – deyə hadisə şahidi bildirib.

Məsələyə münasibət öyrənmək üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti və bələdiyyə ilə əlaqə saxlamağa cəhd göstərsək də, zənglərimizə cavab verən olmadı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv