Lionel Messinin “Barselona”ya qayıdacağı tarix açıqlandı

Lionel Messinin “Barselona”ya qayıdacağı tarix açıqlandı






presstv

"Presstv"az #ABŞ, #Fransa, #Futbol, #İnter Mayami, #İspaniya, #Lionel Messi, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Futbol tarixinin ən möhtəşəm oyunçularından biri Lionel Messinin “Barselona”da oynayacağı tarix məlum olub.

presstvaz “Marca” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 37 yaşlı hücumçu ilə 2026-cı ilin yayında keçiriləcək dünya çempionatından sonra müqavilə bağlamaq niyyətindədir.

Məhz həmin vaxt “Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou”nun yenidənqurmadan sonra təntənəli açılış mərasimi gözlənilir. Rəhbərlik azarkeşlər üçün ikiqat bayram təşkil etmək istəyir. Həm tarixi stadionun yeni görkəmdə rəsmi açılışı, həm də ulduz futbolçunun təqdimat mərasiminin eyni gündə gerçəkləşməsi planlaşdırılır.

Messi peşəkar futbolçu karyerasını qəlbən bağlı olduğu “Barselona”da bitirməyi arzulayır.

Hazırda “Barselona” müvəqqəti olaraq, “Olimpik Lyuis Kompanis” stadionunda oynayır. Komandanın “Kamp Nou”da cari mövsümün sonundan etibarən çıxış etmək ehtimalı var. Lakin həmin vaxt stadion 60 mindən çox azarkeş qəbul edə bilməyəcək. Yenidənqurma işləri 2025/26 mövsümünün axırında tam yekunlaşacaq.

Qeyd edək ki, Messi 2003-2021-ci illər aralığında “Barselona”nın formasını geyinib, 6 dəfə “Qızıl top” qazanıb, 4 dəfə Çempionlar Liqasının qalibi olub. Dörd il öncə İspaniyadan köçən futbolçu öncə Fransanın PSJ, daha sonra isə ABŞ-nin “İnter Mayami” klublarında oynayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv