Çində hotellərdə turistlər üçün tərəzilər quraşdırılır – SƏBƏB?

Çində hotellərdə turistlər üçün tərəzilər quraşdırılır – SƏBƏB?






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çində bəzi hotellərdə turistlər üçün otaqlarda və ya ümumi məkanlarda döşəmə tərəziləri quraşdırılmağa başlanıb.

presstvaz “Rossiyskaya qazetaya” istinadən xəbər verir ki, təşəbbüsün məqsədi səyahət edən insanların səfər zamanı çəkilərini izləməsinə kömək etməkdir.

Ölkənin səhiyyə naziri Ley Hayçao bildirib ki, turizm nazirliyinə bağlı bəzi hotellərdə artıq tərəzilər quraşdırılıb və bu, turistlərin çəkilərini dinamik şəkildə izləməsinə imkan yaradır.

Bundan başqa, məşhur turizm məkanlarında sağlam həyat tərzini təşviq edən digər tədbirlər də həyata keçirilir. Məsələn, daha uzun piyada marşrutları hazırlanır, yeməkxanalarda isə yeməklərin kalori miqdarı göstərilir.

Çinin Səhiyyə Nazirliyi həmçinin böyük turizm platformalarına hotellərin təsvirində tərəzinin olub-olmamasını qeyd etməyi tövsiyə edib ki, turistlər qalacaqları yeri seçərkən bunu nəzərə ala bilsinlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv