ABŞ İrana zərbələr endirmək məqsədilə Britaniyaya dörd ədəd “B-1” bombardmançı təyyarələri göndərib

ABŞ İrana zərbələr endirmək məqsədilə Britaniyaya dörd ədəd “B-1” bombardmançı təyyarələri göndərib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Hərbi Hava Qüvvələrinin dörd “B-1 Lancer strateji bombardmançı təyyarəsi İrana yeni zərbələrə hazırlığı çərçivəsində İngiltərənin cənub-qərbindəki Ferford hava bazasına köçürülüb.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, bombardmançılardan biri martın 6-da Britaniyaya gəlib, daha üç təyyarə isə martın 7-də bazaya yerləşdirilib. Böyük Britaniyanın Müdafiə Nazirliyi “B-1” təyyarələrinin gəlişini təsdiqləyib.

“ABŞ İranın bölgədə Britaniya vətəndaşlarının həyatını riskə atan raket atışlarının qarşısını almaq üçün konkret müdafiə əməliyyatları məqsədilə Britaniya bazalarından istifadə etməyə başlayıb”, – nazirliyin bəyanatında deyilib.

Güman edilir ki, ABŞ İrana zərbələr endirmək üçün Ferford bazasından döyüş uçuşlarını “yaxın günlərdə” həyata keçirməyə başlayacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv