Rusiyalı musiqiçi: “SSRİ-də ilk rok klubunun yaradılmasında Dövlət Təhlükəsizlik Komitəsi rol oynayıb”

Rusiyalı musiqiçi: “SSRİ-də ilk rok klubunun yaradılmasında Dövlət Təhlükəsizlik Komitəsi rol oynayıb”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyalı musiqiçi, “Piknik” qrupunun keçmiş üzvü və Leninqrad rok klubunun həmtəsisçisi Nikolay Mixaylov SSRİ-də ilk rok musiqiçiləri birliyinin necə yaradıldığını xatırlayıb.

presstvaz xəbər verir ki, o, bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.

Mixaylovun sözlərinə görə, o dövrdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi rok musiqiçilərini bir yerdə toplamağa razılıq verib.

“Görünür, bütün bu adamları bir yerdə toplamaq üçün göstəriş verilmişdi ki, onları zirzəmilərdə və çardaqlarda axtarmasınlar”, – deyə o bildirib.

Qeyd edək ki, Leninqrad rok klubu 1981-ci il martın 7-də yaradılıb və 1990-cı illərin əvvəlinə qədər fəaliyyət göstərib. Klub yaradılana qədər sovet rok musiqiçiləri konsertləri əsasən gizli şəkildə təşkil edir, bu tədbirlər tez-tez milis tərəfindən dağıdılırdı. Bəzən iştirakçılar saxlanılır, işdən çıxarılır və hətta cinayət məsuliyyətinə cəlb olunurdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv