Tələbələrin düşdüyü ağır qəzaya görə QƏRAR VERİLDİ – Bir nəfər ölmüşdü

Tələbələrin düşdüyü ağır qəzaya görə QƏRAR VERİLDİ – Bir nəfər ölmüşdü






presstv

"Presstv"az #Ağstafa, #Araşdırma, #Asfalt yol, #Avto, #Bakı, #Bakı Dövlət Universitetini, #Cinayət işi, #Hadisə, #Nəqliyyat, #Qazax, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağstafa rayonunda ölümlə nəticələnən qəzaya görə açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Qəzaya səbəb olan tələbəyə hökm oxunub.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Sənan Hüseynovun idarə etdiyi VAZ-21099 avtomobili ilə Köçəsgər kəndi ərazisində qəza törədib.

Belə ki, avtomobil asfalt yoldan çıxaraq ağaca çırpılması nəticəsində maşında olan sərnişinlər – 2004-cü il təvəllüdlü Kamal Kamandar oğlu Mikayılov, 2002-ci il təvəllüdlü Niyaməddin Nurəddin oğlu Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Digər sərnişin 2005-ci il təvəllüdlü Murad Şəmistan oğlu Məmmədov isə almış olduğu bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Murad Məmmədov Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub. Avtomobildə olan gənclər dost olublar. Eyni universitetdə təhsil alıblar.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən Sənan Hüseynov ifadə verən zaman deyib ki, maşın atasına məxsus olub və etibarnamə ilə idarə edib. Hadisə vaxtı dostları ilə istirahətdən gəlirmişlər. Onun sözlərinə görə qəzaya səbəb maşını idarə edən zaman telefona baxması olub. Diqqəti yayındığı üçün maşın asfalt yoldan çıxaraq yol kənarındakı qaz borusuna, sonra isə ağaclara çırpılıb. O, əməlindən peşman olduğunu bildirib.

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Sənandan şikayətçi olmayıblar. Mərhumun hüquqi varisi də Sənanı bağışlayıb.

Hökmə əsasən, Sənan barəsində 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv