Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 22 sm-ə çatıb

Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 22 sm-ə çatıb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Biləsuvar, #dənizdə, #Lənkəran, #Milli Hidrometeorologiya Xidməti, #Qəbələ, #Quba, #Şamaxı, #Şəki, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

presstvaz bildirir ki, bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 25-i saat 10-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Belə ki, düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 17, Qəbələdə 14, Şamaxıda 12, Şabranda 11, İsmayıllıda səkkiz, Lerikdə altı, Altıağac, Şəki və Neftçalada dörd, Oğuz eyni zamanda Bakıda və Abşeron yarımadasında üç, Xaçmaz və Yardımlıda iki, Ağsu, Şuşa, Biləsuvar, Kürdəmir, Göyçay, Tərtər və Balakəndə bir mm-dək qeydə alınıb.

Dağlıq ərazilərdə isə qar yağıb, yağan qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 22, Qusarda (Laza) 18, Qubada (Qrız) 17, Şahdağda doqquz, Qaxda (Sarıbaş) altı, Xınalıqda dörd, Xaltanda üç, Qobustanda iki sm-dir.

Martın 24-də şimal-qərb küləyi əsib, küləyin sürəti Naftalanda 20, Mingəçevirdə 18, Şabran və Xaltanda 16 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında altı, Aran rayonlarında yeddi, Naxçıvan MR-də beş dərəcəyədək isti, dağlıq rayonlarda isə səkkiz dərəcəyədək şaxta qeydə alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv