Pakistanın Azərbaycandakı səfiri: “Qarşımızda dayanan heç bir çətinlik keçilməz deyil”

Pakistanın Azərbaycandakı səfiri: “Qarşımızda dayanan heç bir çətinlik keçilməz deyil”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Hakim, #Məhəmməd Şahbaz Şərif, #Pakistan, #Pakistanın Azərbaycandakı səfirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistanın Azərbaycandakı səfirliyində bu ölkənin Milli Gününün 85-ci ildönümü münasibətilə tədbir keçirilib.

presstvaz xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Bakıdakı Pakistan icmasının üzvləri, Azərbaycan vətəndaşları iştirak ediblər.

Ölkənin Milli Günü münasibətilə əvvəlcə dövlət bayrağı qaldırılıb və himn səsləndirilib.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin çıxış edərək, Baş nazir Məhəmməd Şahbaz Şərifin Milli Bayram münasibətilə müraciətini səsləndirib:

“Pakistan hakimiyyəti qazanılan müsbət nəticələrlə kifayətlənməyib, daha böyük uğurlar əldə etməyə çalışacaq. Təbii ki, bu nəticələrin əldə olunması üçün güclü iradənin və davamlı səylərin göstərilməsi, eləcə də qarşıda duran məsələlərə kollektiv yanaşma tələb olunur. Ölkəmizin malik olduğu nəhəng potensial, həyata keçirilən düzgün siyasət və milli vəhdət nəticəsində ölkəmiz iqtisadi cəhətdən daha da çiçəklənməyə nail ola, sosial ədaləti təmin edə və dünya ölkələri arasında özünə layiqli yer tuta bilər. Qarşımızda dayanan heç bir çətinlik keçilməz deyil. Mən əminəm ki, yalnız qətiyyət, gərgin fəaliyyət, eləcə də vahid yanaşma nəticəsində biz daha güclü, çiçəklənən və mütərəqqi bir Pakistan dövlətinin formalaşmasına nail ola bilərik”.

Diplomat ölkəsinin son dövrlərdə əldə etdiyi uğurlardan da bəhs edib:

“Bu müvəffəqiyyətlərin daha da artırılması üçün dövlət səviyyəsində göstərilən səylər davam etdiriləcək.”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv