Ekrem İmamoğlunun saxlanılması ilə bağlı təfərrüat: Hansı cinayətlərdə ittiham olunur?

Ekrem İmamoğlunun saxlanılması ilə bağlı təfərrüat: Hansı cinayətlərdə ittiham olunur?






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Bələdiyyə, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun saxlanılması ilə bağlı detallar məlum olub.

Bu barədə presstvaz Türkiyə KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, korrupsiya və terror təşkilatı ilə bağlı istintaq çərçivəsində saxlanılan Ekrem İmamoğlu barəsində prokurorluq tərəfindən iki ayrı araşdırma aparılır. O, “PKK ilə əməkdaşlıq” və “Korrupsiya və rüşvətxorluq” maddələri üzrə ittiham olunur.

Bildirək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı araşdırma nəticəsində İmamoğlu 19 mart 2025-ci il yerli saatla 06:55-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Əməliyyatın əsasını İstanbul Böyükşəhər Bələdiyyəsinin media qurumu olan “Medya A.Ş.”də tender prosesləri ilə bağlı pozuntular, “Medya A.Ş.”nin tender prosesləri zamanı ictimaiyyətə zərər dəyməsi, həmçinin 2024-cü il yerli seçkilərdə DEM Partiyası vasitəsilə həyata keçirilən “Şəhər konsensusu”nun PKK ilə əlaqəli olduğuna dair iddialar təşkil edib.

Saxlanılma qərarı Ekrem İmamoğlunun 18 martda diplomunun etibarsız sayılması ilə başlayan hüquqi və siyasi təzyiq prosesinin davamı kimi qiymətləndirilir.

Beləliklə, İmamoğluna qarşı irəli sürülən ittihamlar aşağıdakı kimi sadalanıb:

– Tender saxtakarlığı və ictimaiyyətə zərər vermə: “Medya A.Ş.”nin təşkil etdiyi tenderlərdə bazar dəyərindən yüksək qiymətlərlə bəzi şirkətlərə haqsız qazanc təmin edilib və bu yolla ictimai resurslardan qeyri-qanuni istifadə edilib. Bu cinayət Türkiyə Cinayət Məcəlləsinin 235-ci maddəsi çərçivəsində qiymətləndirilir və 3 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

– Terror təşkilatı ilə əlaqə (PKK ilə əlaqəsi): “Şəhər konsensusu” çərçivəsində prokurorluq İBB-nin bəzi layihələrindən PKK-ya maliyyə dəstəyi vermək üçün istifadə edilməsi ilə bağlı araşdırma aparılır. Bu iddia Türkiyə Cinayət Məcəlləsinin 314-cü (silahlı terror təşkilatına üzv olmaq) və əlaqəli maddələri ilə qimyətləndirilə bilər və 5 ildən 10 ilə qədər həbs və siyasi qadağa nəzərdə tutula bilər.

– Cinayət təşkilatı yaratmaq: İmamoğlunun bu fəaliyyətləri cinayət təşkilatı çərçivəsində təşkil etdiyi iddia edilir, lakin bu ittihama dair təfərrüat hələ dəqiqləşdirilməyib.

İstintaq sənədində əlaqə vasitələrinin dinlənilməsi, fiziki müşahidə hesabatları və bank hesablarının hərəkəti kimi dəlillərin olduğu qeyd edilir. Lakin İmamoğlunun vəkilləri bu iddiaların heç bir hüquqi əsası olmadığını və siyasi qurma olduğunu iddia edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv