QMİ həcc ziyarətinə getmək istəyən vətəndaşlara müraciət edib

QMİ həcc ziyarətinə getmək istəyən vətəndaşlara müraciət edib






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Azərbaycan, #Bakı, #Dollar, #İmişli, #Lənkəran, #Nəqliyyat, #Səbail, #Şəki, #Şəmkir, #Suraxanı rayonu, #Xırdalan şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Həccə sənədlərin qəbulu Novruz və Ramazan bayramı günlərində də davam edəcək.

presstvaz xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri vətəndaşlara müraciət edib.

O bildirib ki, martın 24-29-da QMİ və qurumun əməkdaşlıq etdiyi bank işləyəcək:

“Ona görə vaxtın azlığını nəzərə alaraq, həccə niyyəti olan vətəndaşlardan sənədlərini təqdim etmələrini xahiş edirik.

25, 26, 27, 28 mart 2025-ci il tarixlərində qeyd edilən saatlarda qeyd edilən Azərbaycan Beynəlxalq Bankının (ABB) filial və şöbələrinə yaxınlaşaraq xidmətlərdən istifadə edə bilərsiniz.

Bakı-Abşeron üzrə: Sumqayıt şəhəri, Bakının Binəqədi, Yasamal, Sabunçu, Nizami rayonları, Əhmədli qəsəbəsi, metronun “Memar Əcəmi” stansiyası ərazisindəki bank filialları, ASAN 1, ASAN 2, ASAN 3, ASAN 5 və ASAN 6 mərkəzləri saat 10:00-17:00 arası sənədləri qəbul edəcək.

Bakı-Abşeron üzrə: Mərdəkan qəsəbəsi, Suraxanı rayonu, Yeni Sumqayıt yaşayış massivi, Bakının Nərimanov, Səbail, Nəsimi, Xətai rayonları, metronun “Gənclik” stansiyası, Şərifzadə küç., Xırdalan şəhərində sənəd qəbulu saat 10:00-dan 14:00-dək ABB filiallarında aparılacaq.

Regionlara gəldikdə isə: Gəncə, Şəki, Lənkəran, Şəmkir, Naxçıvan, Tovuz, Mingəçevir, Gəncə Mərkəz və İmişlidəki ABB filiallarında həccə sənəd qəbulu həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlinədək davam edəcək.

Azərbaycanlı zəvvarların həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv