Putin: “Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının həmişə tərəfdarı olub”

Putin: “Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının həmişə tərəfdarı olub”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Ermənistan, #İrəvan, #Nazirlər Kabineti, #Nikol Paşinyan, #Rusiya, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında əmin edib ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında maraqlıdır və buna hər vəchlə kömək etməyə hazırdır.

presstvaz xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Vladimir Putin bununla bağlı vurğulayıb ki, Rusiya Cənubi Qafqazın təhlükəsizliyi, sabitliyi və davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını həmişə dəstəkləyib və dəstəkləməyə davam edəcək. Həm Ermənistan, həm də Azərbaycan bu məqsədlərə çatmaqda Rusiya tərəfinin hər hansı mümkün köməyinə həmişə ümid edə bilərlər.

16:50

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

presstvaz xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Nikol Paşinyan Rusiya Federasiyasının rəhbərinə Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumat verib.

Tərəflər, həmçinin, regional və ikitərəfli məsələləri müzakirə ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv