Trampdan Xameneinin oğlunun seçilməsinə ilk reaksiya

Trampdan Xameneinin oğlunun seçilməsinə ilk reaksiya






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranda Əli Xameneinin ölümündən sonra yeni dini rəhbər seçilməsinə ABŞ Prezidenti Donald Trampdan ilk reaksiya gəlib. Tramp Müctəba Xameneinin seçilməsindən narazılığını ifadə edərək, “Məmnun deyiləm” deyib.

presstvaz xəbər verir ki, İranın Ekspertlər Şurası 28 fevralda ABŞ və İsrailin hava hücumu nəticəsində öldürülən Əli Xameneyinin yerinə onun oğlu Müctəba Xameneini “səslərin mütləq çoxluğu” ilə yeni dini lider seçdiyini rəsmən elan edib.

Tramp hələ seçki prosesi başa çatmamışdan əvvəl verdiyi bəyanatda Müctəba Xameneinin namizədliyinə qarşı çıxmışdı: “İranda ən çox ehtimal olunan varis Müctəba Xameneidir, lakin bu qəbulolunmazdır. Mən Xameneinin siyasətini davam etdirəcək və ABŞ-ni 5 ildən sonra müharibəyə məcbur edəcək bir İran lideri istəmirəm.”

Müctəba Hüseyni Xamenei 17 sentyabr 1969-cu ildə Məşhəd şəhərində anadan olub.

1979-cu ildə ailəsi Tehrana köçdükdən sonra Qum şəhərindəki dini mədrəsədə təhsil alıb, fiqh və üsul dərsləri üzrə irəli səviyyədə biliklərə yiyələnib. O, şiə məzhəbində ən yüksək dini səviyyə sayılan “müctəhid” statusuna malikdir.

1980-1988-ci illər İran-İraq müharibəsi zamanı “Bəsic” könüllü qüvvələrinin tərkibində cəbhədə döyüşüb.

Rəsmi bir vəzifəsi olmasa da, 2000-ci illərin ortalarından etibarən İranın daxili və xarici siyasətində, xüsusən də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanları ilə sıx əlaqələri vasitəsilə böyük təsirə malik olduğu bildirilir.

Müctəba Xamenei adətən mediadan uzaq bir həyat sürməyə üstünlük verib və onun şəxsi həyatı haqqında məlumatlar olduqca məhduddur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv