“Mən də sizin qədər bezmişəm” – Vens

“Mən də sizin qədər bezmişəm” – Vens






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens amerikalıların əksəriyyəti kimi siyasətdən yorulduğunu etiraf edib.

presstvaz xəbər verir ki, Vens bu barədə Beynəlxalq Yanğınsöndürənlər Assosiasiyasına müraciəti zamanı danışıb.

Vitse-prezident yeni seçki marafonuna toxunaraq maraqlı ifadələr işlədib:

"Bir siyasətçi kimi mən də növbəti seçki kampaniyası dövrünə qədəm qoyuram, amma mən də sizin qədər siyasətdən bezmişəm".

Qeyd edək ki, Vensin bu açıqlaması onun vitse-prezident vəzifəsindəki fəaliyyətinin bir ili tamam olduqdan sonra səslənib. Lakin siyasi ekspertlər onun bu "yorğunluğunu" daha çox İranla davam edən müharibə və Vaşinqtondakı daxili gərginliklə əlaqələndirirlər.

Xatırladaq ki, Ohayonu təmsil edən sabiq senator administrasiyanın ən iddialı simalarından biri sayılır. Hətta post-Tramp dövründə onun növbəti ABŞ Prezidenti seçiləcəyi də iddialar sırasında yer alıb.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv