ABŞ İrana zərbələr üçün Britaniyaya əlavə bombardmançılar göndərib

ABŞ İrana zərbələr üçün Britaniyaya əlavə bombardmançılar göndərib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədədB-52H Stratofortress” strateji bombardmançısı İrandakı hədəflərə zərbələr üçün Böyük Britaniyadakı Ferford aviabazasına yerləşdirilib.

presstvaz xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, bombardmançılar Şimali Dakota ştatındakı Maynot aviabazasından Böyük Britaniyaya göndərilib. Onlar artıq İngiltərədə yerləşdirilmiş səkkiz ədəd “B-1B Lancer” ağır bombardmançısından ibarət əməliyyat-taktiki qrupuna qoşulacaqlar.

London İrana zərbələr üçün Vaşinqtona İngiltərədəki Ferford aviabazasından və Dieqo-Qarsiya adasındakı hərbi bazadan istifadə etməyə icazə verib.

Pentaqonun məlumatına görə, İrana qarşı əməliyyat başlayandan bəri strateji bombardmançılar İranın ballistik raketlərinin yerləşdirildiyi və saxlanıldığı obyektlərə güclü zərbələr endirmək üçün azı yeddi dəfə istifadə olunub.

Daha əvvəl bu təyyarələr ABŞ ərazisindən İrana və geri olmaqla 37 saatlıq fasiləsiz uçuşlar həyata keçirirdi. Britaniya bazalarından istifadə isə İran hədəflərinə uçuş vaxtını xeyli azaldacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv