“Haber Global”: “Bakı Ermənistandan konstitusiyasını yeniləməsini gözləyir”

“Haber Global”: “Bakı Ermənistandan konstitusiyasını yeniləməsini gözləyir”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Ceyhun Bayramov, #Ermənistan, #Haber Global, #İlham Əliyev, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin “Haber Global” telekanalı Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı süjet hazırlayıb.

presstvaz telekanala istinadla xəbər verir ki, materialda martın 13-də öz işinə başlayan XII Qlobal Bakı Forumuna geniş yer verilib.

Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin açılış tədbirində Forumun dünya problemlərinin həll edilməsi istiqamətindəki rolundan danışması xüsusi vurğulanıb.

“Ötən gün forumda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edirdi. Nazirin forum çərçivəsində açıqladığı məsələlər gündəmi dəyişdi. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi üzrə razılaşma əldə olunmuşdu. Ceyhun Bayramov da martın 13-də son iki maddə ilə bağlı da razılaşma əldə olunduğunu dedi”, – materialda vurğulanıb.

Süjetdə, həmçinin qeyd olunub ki, rəsmi Bakı Ermənistandan konstitusiyasını yeniləməsini və Azərbaycana qarşı olan ərazi iddialarının əsas qanundan çıxarılmasını gözləyir. Digər məsələ isə ATƏT-in keçmiş Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv