ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kim kömək edib?

ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kim kömək edib?






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Kiyev, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kömək edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Politico” qəzeti məlumat verir.

Nəşr qeyd edir ki, 1997-2007-ci illərdə Toni Bler hokumətinin baş qərargah rəisi kimi, Pauell Şimali İrlandiyada onilliklərlə davam edən zorakılıqlardan sonra sülhün əldə edilməsinə kömək edən sövdələşmənin vasitəçiliyində əsas rol oynayıb.

Məqalədə bildirilir ki, ötən həftəsonu Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna arasında danışıqlar ərəfəsində Böyük Britaniyanın baş nazirinin müşaviri Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermakla saziş layihəsini hazırlamaq üçün Kiyevə gedib.

Bu cümə günü (14 mart) isə o, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts ilə görüşmək və “əldə olunan tempi saxlamağa cəhd etmək” üçün avropalı həmkarları ilə birlikdə Vaşinqtona uçur.

Hazırda Böyük Britaniyanın Baş naziri Kir Starmer və “Politico”nun siyasətçinin “xarici siyasətin əsas beyni” adlandırdığı müşaviri sülh hərəkatının mərkəzindədirlər. Nəşr əlavə edib ki, bu hərəkatın məqsədi Ukrayna və Avropanın özlərini tərk edilmiş kimi hiss etməmələrini təmin etməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv