“Azercell” “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025″ə dəstək verir

“Azercell” “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025″ə dəstək verir






presstv

"Presstv"az #ABŞ, #Azercell, #Azərbaycan, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azercell”in dəstəyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə ölkənin nüfuzlu biznes müsabiqələrindən biri olan “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025″ə (“Azerbaijan Business Case Competition” ABCC) start verilib. “Harvard Business Review”nun real biznes problemlərinə əsaslanan tapşırıqlarının həlli üzərində qurulan müsabiqə tələbələrdə biznes analitikası, strategiya qurulması və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.

Müsabiqəyə ümumilikdə 107 komanda müraciəti qeydə alınıb, onlardan 91 komanda müsahibə mərhələsində iştirak edib, 26 komanda isə növbəti mərhələyə vəsiqə qazanıb. Yarışda Azərbaycanın aparıcı universitetlərinin iki, üç və dördüncü kurs bakalavr və magistr tələbələri iştirak edəcəklər.

Müsabiqənin “Sessiyalar” (ABCC Sessions) mərhələsi çərçivəsində iştirakçılar üçün biznes analitikası və təqdimat bacarıqlarının gücləndirilməsinə yönəlik təlimlər təşkil olunub.

15 mart tarixində ADA Universitetində layihənin sınaq təqdimatları (Mock Round), 5 Aprel tarixində isə yarımfinal və final mərhələləri keçiriləcək. Final turunda qalib adını qazanmış ilk üç komanda müvafiq olaraq 8 000, 4 000 və 2 000 AZN mükafata layiq görüləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv