Qrenlandiyanın taleyi üçün həlledici seçkidə ilkin nəticələr açıqlanıb

Qrenlandiyanın taleyi üçün həlledici seçkidə ilkin nəticələr açıqlanıb






presstv

"Presstv"az #ABŞ, #Danimarka, #Donald Tramp, #Hakim, #Qrenlandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qrenlandiyada seçkidə müstəqillik referendumu keçirmək tərəfdarı olan müxalif “Demokraatit” (“Demokratlar”) Partiyası 29.9% səslə öndədir.

presstvaz-ın məlumatına görə, bu barədə Valg.gl xəbər verib.

Bildirilib ki, ikinci yerdə gələn müxalif mərkəzçi “Naleraq” Partiyası 24.1% səs toplayıb. Bu partiya Qrenlandiyanın tez bir zamanda müstəqillik əldə etməsinə çalışır.

Üçüncü yerdə isə əvvəlki parlament seçkisində 31 deputat mandatından 12-nə sahib olan “Inuit Ataqatigiit” qərarlaşıb. Bu siyasi qüvvə və eləcə də, parlamentdə 10 yerə malik olmuş “Siumut” Partiyası müstəqillik referendumu ideyasını dəstəkləyir, lakin ümumxalq sorğusunun keçirilmə tarixi barədə hələ ki, qərar verməyiblər.

Qeyd edək ki, 2009-cu ildə Danimarka ilə imzalanmış razılaşmaya əsasən, Qrenlandiya yalnız referendum keçirildikdən sonra müstəqillik qazana bilər. Qrenlandiyada tam suverenliyə dəstək geniş olsa da, bəzi insanlar adanın müstəqil hərəkət edəcəyi təqdirdə onun müdafiəsi və iqtisadiyyatı üçün narahatdırlar.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə bildirib ki, Danimarka tərkibində muxtariyyət olan Qrenlandiya Birləşmiş Ştatlara qoşulmalıdır. O, Danimarkanın adadan imtina etmədiyi təqdirdə ölkəyə qarşı yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib. Hələ ilk prezidentlik dönəmində (2017-2021) Tramp Qrenlandiyanı satın almağı təklif etmişdi. O zaman olduğu kimi, indi də Danimarka və Qrenlandiya hakimiyyət orqanları bu ideyanı rədd ediblər.

Adanın müstəqilliyi məsələsi seçki kampaniyasının əsas mövzularından birinə çevrilib: ictimai rəy sorğuları göstərir ki, əksər qrenlandiyalılar müstəqillik istəyir, lakin onlar hələ də nə vaxt və necə ayrılacaqlarına qərar verməyiblər. Yanvar ayında aparılmış sorğuya əsasən, əhalinin cəmi 6 faizi Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olmasını dəstəkləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv