Teymur Mirzəbəyli: “Azərbaycanda hər il 30-dək körpə kistoz fibroz xəstəliyi ilə doğulur”

Teymur Mirzəbəyli: “Azərbaycanda hər il 30-dək körpə kistoz fibroz xəstəliyi ilə doğulur”






presstv

"Presstv"az #Azərbaycan, #Dərman vasitələri, #Həkim, #Körpə, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hər 500 nəfərdən biri kistoz fibroz xəstəliyindən əziyyət çəkir. Azərbaycanda illik doğum nisbətinin 150 min nəfərə yaxın olduğunu nəzərə alsaq, deyə bilərik ki, 30 körpə bu xəstəliyə sahib olur”.

presstvaz xəbər verir ki, bunu “Azərbaycanda Kistoz Fibroz Günü” adlı konfransda çıxışı zamanı TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli deyib.

O bildirib ki, tez-tez rast gəlinən xəstəliklərin aşkarlanması asan olsa da, nadir xəstəliklərin müəyyən edilməsi çətin olur:

“Kistoz fibroz xəstəliyi genetik xəstəliklər sırasına aid olduğuna görə nadir xəstəlik sayılır. Bu xəstəliyin aşkarlanmasında daban testi mühüm əhəmiyyət kəsb edir. Bu xəstəlik erkən yanaşma tələb edir. Uzun müddət həkim nəzarəti olmalıdır. TƏBİB bunların hər birini nəzərə alaraq 8 adda müxtəlif dərman vasitələri ilə xəstələri təmin edir. Kistoz fibroz xəstələrinin dərmanlar ilə təmin edilməsinə 2022-ci ildə başlanılıb. Həmin il 46, 2023-cü ildə 54, 2024-cü ildə 65, hazırda isə 76 kistoz fibroz xəstəliyindən əziyyət çəkənlər qeydiyyata alınıb və müxtəlif dərman preparatları ilə təmin edilir”.

Aygün Mirakif


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv