Tramp Avstraliyanı iranlı qadın futbolçulara sığınacaq verməyə çağırıb

Tramp Avstraliyanı iranlı qadın futbolçulara sığınacaq verməyə çağırıb






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Avstraliya hökumətini İranın qadın futbol yığmasının oyunçularına sığınacaq verməyə çağırıb.

presstvaz xəbər verir ki, bu barədə “The Athletic” nəşri yazıb.

Bildirilib ki, İran yığması Asiya Kubokunun qrup mərhələsində Filippin yığmasına 0:2 hesabı ilə uduzaraq turniri tərk edib.

Bundan əvvəl İran dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi himni oxumayan futbolçuları sərt tənqid etmiş və müharibə dövründə “xəyanətkarlarla daha sərt davranmaq lazım olduğunu” bildirmişdi. Bundan sonra Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) FIFA və Asiya Futbol Konfederasiyasından (AFC) futbolçuların təhlükəsizliyini təmin etməyi xahiş edib.

Hazırda FIFA, AFC və Avstraliya hökuməti komandanın ölkədə qalma müddətinin uzadılması məsələsini müzakirə edir. Məlumata görə, komanda üçün hələlik geridönüş uçuşu təşkil edilməyib. Filippinlə oyundan sonra İran yığmasının beş futbolçusu hoteldən ayrılıb. Onların Avstraliya federal polisi tərəfindən qorunan sığınacaqda olduğu bildirilir.

Donald Tramp, öz növbəsində “Truth Social” platformasında yazıb ki, futbolçuların İrana qaytarılması onların həyatı üçün təhlükəli ola bilər. O, mümkün deportasiyanı “dəhşətli humanitar səhv” adlandırıb və zərurət yaranarsa, ABŞ-nin də futbolçuları qəbul etməyə hazır olduğunu bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv