Pit Heqsetdən İrana SƏRT XƏBƏRDARLIQ: “Biz hələ tam başlamamışıq”

Pit Heqsetdən İrana SƏRT XƏBƏRDARLIQ: “Biz hələ tam başlamamışıq”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ-nin İrana qarşı hərbi kampaniyası hələ ilkin mərhələdədir və yaxın vaxtlarda Tehranın nüvə potensialının tam məhv edilməsinə yönəlmiş maksimal güclü zərbələr mərhələsinə keçəcək”.

presstvaz xəbər verir ki, bunu ABŞ-nin hərb naziri Pit Heqset “CBS News” telekanalına müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, Vaşinqton qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.

“Bu, yalnız başlanğıcdır. Biz hələ bu kampaniyaya, əslində tam başlamamışıq. Qarşıdakı mərhələ bu vəzifələri necə yerinə yetirəcəyimizi daha aydın göstərəcək”, – deyə o qeyd edib.

Bundan əlavə, ABŞ Hərb Nazirliyindəki mənbələr Vaşinqtonun İranda quru əməliyyatına hazırlaşa biləcəyini bildiriblər. Buna səbəb kimi 82-ci çevik reaksiya hava-desant diviziyasının təlimlərinin qəfil ləğv edilməsi göstərilir.

Pentaqon nümayəndəsi isə ABŞ Silahlı Qüvvələrinin “nəyəsə hazırlaşdığını” təsdiqləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv