Ramiq Quliyev: “Nadir xəstəliklərlə bağlı elmi məqalələrin sayı çox azdır”

Ramiq Quliyev: “Nadir xəstəliklərlə bağlı elmi məqalələrin sayı çox azdır”






presstv

"Presstv"az #Azərbaycan, #Dərman vasitələri, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Nadir xəstəliklərin maliyyə və sosial yükü dərman vasitələrinin təminatıdır ki, bir çox aparıcı dərman istehsalçıları maliyyə baxımından bu sahədə maraqlı deyillər”.

presstvaz xəbər verir ki, bunu “Azərbaycanda Kistoz Fibroz Günü” adlı konfransda çıxışı zamanı Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev deyib.

O bildirib ki, nadir xəstəliklərlə bağlı elmi məqalələrin də sayı çox azdır:

“Mən ümumi statistikaya nəzər salanda gördüm ki, 1200 jurnalda beş xəstəlik üzrə bir neçə dünya səviyyəsində tanınan məqalə var. Bu o deməkdir ki, xəstəliyin diaqnostikasında, müalicə və reabilitasiyasında protokollar və tənzimləyici sənədlər çox azdır”.

Şöbə müdiri qeyd edib ki, Səhiyyə Nazirliyinin tərkibində nadir xəstəliklər üzrə işçi qrup yaradılıb:

“Hazırda bu işçi qrup geniş təhlillər aparır. Təhlillər əsasında ölkədə nadir rast gəlinən xəstəliklərə yanaşmada müxtəlif təkliflər hazırlanır”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv