Bakıda bir qrup şəxsin dəyənəklərlə sürücünü ölümcül döyməsinin SƏBƏBİ BİLİNDİ

Bakıda bir qrup şəxsin dəyənəklərlə sürücünü ölümcül döyməsinin SƏBƏBİ BİLİNDİ






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Bakı, #Binəqədi Rayon Polis İdarəsi, #Binəqədi rayonu, #Cinayət işi, #Hadisə, #TikTok, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Binəqədi rayonu ərazisində bir neçə nəfərin sürücünü döyməsinin bəzi təfərrüatı məlum olub.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, hadisə namus üstündə baş verib.

Belə ki, döyülən şəxs təqsirləndirilən şəxslərdən birinin xanımına sataşıb. Buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zamanı döyülən şəxs avtomobillə onunla söhbətə gələn şəxslərin avtomobilini vuraraq qaçıb.

Təqsirləndirilən şəxslər onun arxasınca düşərək, tıxacda saxlaya biliblər. Aqressivləşən şəxslər sürücünü döyməyə başlayıb.

Məlumata görə, döyülən şəxs “TikTok” istifadəçisi olub. Sosial şəbəkə vasitəsi ilə həmin şəxslərdən birinin xanımına mesaj yazıb.

13:02

Bakının Binəqədi rayonu ərazisində sürücüyə qarşı zorakılıq etməkdə təqsirli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

presstvaz xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin edilib.

Məhkəmənin qərarı ilə Natiq Mustafakamalov, Vahid Cavadov və Nazim Rəhmanovun barəsində üç ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisədə iştirak edən Azər Zahidlə bağlı verilən təqdimat təmin olunmayıb və o, sərbəst buraxılıb.

“Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

11:02

“Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır”.

Bunu presstvaz-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov deyib.

O bildirib ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb:

“Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

10:52

Bakıda küçədə kütləvi dava olub.

presstvaz xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdən məlum olur ki, bir qrup şəxs dəyənəklərlə 99-BZ-500 dövlət nömrə nişanlı avtomobilə hücum edərək maşının içərisindəki şəxsləri döyüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

İnsidentin görüntülərini təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv