Pakistanda silahlılar qatara hücum edərək sərnişinləri girov götürdülər: Altı ölü

Pakistanda silahlılar qatara hücum edərək sərnişinləri girov götürdülər: Altı ölü






presstv

"Presstv"az #Hadisə, #Hakim, #Pakistan, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Martın 11-də Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində terror aktı baş verib. “Bəlucistan Azadlıq Ordusu” (BLA) ekstremist qruplaşmasının döyüşçüləri Kvetta şəhərindən Peşəvərə gedən sərnişin qatarına atəş açıb və təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla təxminən 450 sərnişini girov götürüblər.

presstvaz-ın məlumatına görə, bu barədə Bəlucistan əyalətinin dəmiryol idarəsinin yüksəkvəzifəli məmuru Məhəmməd Kaşif “Agence France-Presse”ə bildirib.

Yerli “Jang” nəşrinin məlumatına görə, atəş nəticəsində qatar maşinisti ciddi yaralanıb və təcili xəstəxanaya çatdırılıb. Döyüşçülərlə Pakistan təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Hadisə yerinə əlavə hərbi bölmələr və təcili yardım maşınları göndərilir, lakin ərazinin mürəkkəb qayalıq relyefi səbəbindən oraya çatmaq çətindir.

Bəlucistan hakimiyyəti hücumun diqqətlə planlaşdırılmış terror aktı olduğunu ehtimal edir. Əyalətin Pakistandan ayrılması uğrunda mübarizə aparan BLA qruplaşması artıq hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Döyüşçülərin “Telegram” kanallarında bildirilir ki, onlar dəmiryol xətlərini partladıb, qatarda olan altı hərbçini öldürüb və bir neçə yüz girovu saxlayırlar, təhlükəsizlik qüvvələri hücuma keçəcəyi təqdirdə onlarla haqq-hesab çəkəcəkləri ilə hədələyirlər.

Sonradan məlumat verilib ki, qatarda olan bütün qadın və uşaqlar, həmçinin bəluc sərnişinlər azad ediliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv