Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır

Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır






presstv

"Presstv"az #Anadolu, #Dəməşq, #Hakan Fidan, #İraq, #Livan, #Suriya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İordaniyanın paytaxtı Əmmanda Türkiyə, İordaniya, İraq, Livan və Suriyanın xarici işlər və müdafiə nazirləri, baş qərargah və kəşfiyyat rəislərinin iştirakı ilə mühüm toplantı keçirilib.

presstvaz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdən sonra dərc edilən birgə bəyannamədə Suriyanın təhlükəsizliyini təhdid edən bütün təşəbbüslər pislənilib və Dəməşq rəhbərliyinə dəstək verilib.

Bundan əlavə, İŞİD terror təşkilatı ilə mübarizədə birgə əməliyyat mərkəzinin yaradılması qərara alınıb.

Toplantıda İŞİD-in yaratdığı təhlükə və Suriyanın sabitliyi ön plana çıxıb və bütün ölkələr ortaq strategiya müəyyənləşdiriblər. Türkiyənin xarici işlər naziri Hakan Fidan İŞİD-in gücünün və fəaliyyət sahəsinin artdığını vurğulayaraq, bu təhdidlərə qarşı güclü koordinasiyanın zəruriliyinə diqqət çəkib.

Görüş bitdikdən sonra İordaniyanın xarici işlər naziri Ayman Safadi Türkiyənin aprel ayında ikinci Suriya və Qonşu Ölkələr Toplantısına ev sahibliyi edəcəyini açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv