Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalına VƏSİQƏ QAZANDI

Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalına VƏSİQƏ QAZANDI






presstv

"Presstv"az #Almaniya, #Avropa, #Bolqarıstan, #Ermənistan, #Fransa, #Gürcüstan, #Moldova, #Polşa, #Rusiya, #Sərbəst güləş, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

presstvaz xəbər verir ki, ötən gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində finalçılar müəyyənləşib.

Ceyhun Allahverdiyev (61 kiloqram) debütdə albaniyalı Endrio Avdyliyə heç bir şans verməyib – 10:0. Həmyerlimiz türkiyəli (U23) Avropa ikincisi Tolqa Özbəyə isə 6:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Ceyhun yarımfinalda Şimali Makedoniya təmsilçisi Bəşir Aliliylə qarşılaşıb və 6:4 hesablı qələbə ilə adını finala yazdırıb. Allahverdiyev həlledici görüşdə ermənistanlı Levik Mikayelyanla üz-üzə gələcək.

Ağanəzər Novruzov (74 kiloqram) startda çətinliklə üzləşib və moldovalı İon Markunu sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. Güləşçimiz dörddəbir finalda italiyalı Raul Kasonu 5:0 hesablı qələbə ilə mübarizədən kənarlaşdırıb. Ağanəzər yarımfinalda almaniyalı Manuel Vaqindən güclü olub – 4:2. O, finalda Rusiya təmsilçisi İsmayıl Xaniyevlə qarşılaşacaq.

Arseniy Djioyev (86 kiloqram) əvvəlcə ermənistanlı Razmik Yepremyanı xalçadan vaxtından əvvəl yola salıb – 10:0. Təmsilçimiz moldovalı Yevgeni Mihalkeana 6:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Arseniy final yolunda bolqarıstanlı Radomir Stoyanovla üz-üzə gəlib və “tuş”la sevinən tərəf olub. Təmsilçimiz finalda fransalı Raxim Maqamadovla qızıl medal uğrunda mübarizə aparacaq.

Sadiq Mustafazadə (92 kiloqram) Şimali Makedoniya təmsilçisi Recep Haydariyə 9:4, albaniyalı Albin Pepoşiyə isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Sadiq finalın bir addımlığında rusiyalı Muxamed-Taxir Xaniyevlə bacarmayıb – 1:12. O, bürünc medal uğrunda Sandro Kuraşvili (Gürcüstan) – Filip Şuki (Polşa) görüşünün qalibi ilə güləşəcək.

Yusif Dursunov (125 kiloqram) isə dörddəbir finalda bolqarıstanlı Georgi İvanova 0:4 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah təsəlliverici görüşdə rusiyalı Artyom Puxovskiylə qarşılaşacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv