“Barselona”nın gənc ulduzu Çempionlar Liqasında antirekorda imza atıb

“Barselona”nın gənc ulduzu Çempionlar Liqasında antirekorda imza atıb






presstv

"Presstv"az #Belçika, #Futbol, #İspaniya, #İspaniyanın, #Kuba, #Niger, #Nigeriya, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın “Barselona” klubunun müdafiəçisi Pau Kubarsi XXI əsrdə UEFA Çempionlar Liqasında qırmızı vərəqə alan ən gənc futbolçu olub.

presstvaz “Opta Sport”a istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin Portuqaliyada “Benfika”ya qalib gəldiyi 1/8 final mərhələsinin ilk matçında gerçəkləşib.

22-ci dəqiqədə meydandan qovulan ispaniyalı müdafiəçi 18 yaş 42 günündə bu halla üzləşib. Əsas heyətdə 65 görüş keçirən Kubarsi, ilk dəfə qırmızı vərəqə ilə cəzalanıb.

Çempionlar Liqası tarixində qırmızı vərəqə alan ən gənc futbolçu nigeriyalı Selestin Babayarodur. O, 1994-cü ildə Belçika təmsilçisi “Anderlext”in heyətində 16 yaş 86 günündə meydandan qovulub.

Qeyd edək ki, “Barselona” “Benfika”nı 1:0 hesabı ilə üstələyib. Cavab görüşü martın 11-də baş tutacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv