Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək

Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək






presstv

"Presstv"az #Aktau, #Aktau şəhəri, #Araşdırma, #Avropa, #AZAL təyyarəsinin qəzası, #Hadisə, #Qazax, #Qazaxıstan, #təyyarə, #Təyyarə qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika Bürosunun rəhbəri Nikolya Rallo ilə görüşüb. O, Azerbaijan Airlines (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmada müstəqil ekspert Tormodur Tormodssonun hadisə yerinə vaxtında göndərilməsinə görə minnətdarlığını bildirib.

presstvaz bu barədə Qazaxıstan mediasına istinadən xəbər verib.

Bildirilir ki, Bozumbayev Qazaxıstan hökuməti adından ICAO-ya davamlı dəstəyə görə təşəkkür edib və qəzanın obyektiv araşdırılması üçün əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Baş nazirin müavini əlavə edib ki, Qazaxıstan təyyarə qəzasının ilk günlərindən obyektiv və hərtərəfli araşdırma aparmağa hədəflənib.

Nikolya Rallo Qazaxıstanın AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı qısa müddət ərzində hazırlayıb nəşr etdiyi ilkin hesabatı yüksək qiymətləndirib.

Məlumata görə, Aktau şəhərində baş verən qəza ilə bağlı yekun hesabat 2025-ci ilin sonuna qədər Çikaqo Konvensiyasına uyğun olaraq dərc ediləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv