Məhəmməd Cavad Zərif istefa verdi

Məhəmməd Cavad Zərif istefa verdi






presstv

"Presstv"az #İran, #Məsud Pezeşkian, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran prezidentinin strateji məsələlər üzrə köməkçisi Məhəmməd Cavad Zərif istefa verib.

presstvaz   “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, vitse-prezident M.C.Zərifin istefası İran Prezidenti Məsud Pezeşkian tərəfindən hələ təsdiqlənməyib.

Qeyd edək ki, həssas vəzifələr haqqında qanuna əsasən, M.C.Zərifin iki övladının ikili vətəndaşlığa malik olması səbəbindən vitse-prezidentlərdən biri təyin olunması qanunun açıq şəkildə pozulması və bu qanunun açıq mətninə zidd hesab edilir.

Bəzi parlament üzvləri onun qeyri-qanuni olaraq strateji məsələlər üzrə müavin təyin edilməsi məsələsini hökumət işə başlayandan bəri qaldırıblar.

Qeyd edək ki, bu gün səhər İran parlamentinin üzvləri iqtisadiyyat naziri Əbdünnaser Hemmətinin impiçmentinə səs veriblər.

Məlumata görə, ümumilikdə 273 səsdən, 182 səs iqtisadiyyat nazirinin impiçmentinin lehinə, 89-u əleyhinə, ikisi isə bitərəf olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv