Həyat yoldaşı şəhid Şahmarın nakam arzusundan DANIŞDI

Həyat yoldaşı şəhid Şahmarın nakam arzusundan DANIŞDI






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Ordusu, #Müharibə, #Vətən müharibəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-də Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kapitanı olan Şahmar Quliyev haqqında reportaj yayımlanıb.

Şahmar Quliyev Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, sentyabrın 28-də şəhid olub. Həyat yoldaşı ilə bağlı xatirələrindən danışan Gülnarə Quliyeva Şahmar Quliyevin mükəmməl insan olduğunu bildirib:

“El arasında deyirlər ki, mükəmməl insan yoxdur, amma Şahmar, həqiqətən də, elə biri idi. O, qarışqanı belə incitməzdi. Altı il evli olmağımıza baxmayaraq, mən Şahmarın üzünü doğru-düzgün görmədim. Bayram olanda 5 dəqiqəlik gəlib bizi ziyarət edib gedərdi. Çünki həmişə “bağlaması gəlməyən əsgərlər var, onlarla bayramı keçirəcəyəm” deyərdi.

Gülnarə Quliyeva 4 il övlad həsrəti çəkən Şahmarın oğluna doymadan şəhid olduğunu söyləyib:

“Dörd il övladımız olmadı, sonra Kəmaləddin dünyaya gəldi. Şahmar çox xoşbəxt, sevincli idi. Kəmaləddinin doğulması ilə onun ən böyük arzularından biri çin oldu. Biz Şahmarı itirəndə Kəmaləddin 2 yaş 8 aylıq idi. Amma hesablasaq, 3-4 dəfə atasının üzünü gördü. Şahmar həmişə övlad həsrəti çəkirdi, sağlığında da çəkdi, Kəmaləddinə doymadı”.

Həyat yoldaşı Şahmarın nakam arzusundan da danışıb:

“Mart ayında oğlumuza sünnət toyu etmək istəyirdi. Dedim ki, hələ yox, avqust, ya da sentyabrda edərik. Mənimlə razılaşdı, “hə, olsun” dedi. İndi peşmanlıq hissi keçirirəm, kaş ki, mane olmazdım”.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv