“Telegram”dan yeni funksiya: İstifadəçi barədə bütün məlumatlar göstəriləcək

“Telegram”dan yeni funksiya: İstifadəçi barədə bütün məlumatlar göstəriləcək






presstv

"Presstv"az #Pavel Durov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Telegram” yeni funksiyanı təqdim etməyə hazırlaşır. Bundan sonra yeni dialoq başlatmış istifadəçi barədə ətraflı məlumat göstəriləcək – istifadəçinin telefon nömrəsinin verildiyi ölkə, qeydiyyat ayı və ili, ümumi qrupların sayı və siyahısı, həmçinin istifadəçinin təsdiq statusu.

presstvaz   bu barədə “Telegram Info” kanalına istinadən məlumat verir.

Bildirilir ki, yenilik “Android” üçün “Telegram”ın 11.8 versiyasında aşkar edilib.

“Telegram”ın qurucusu Pavel Durov bu funksiyanın təqdimatını 2024-cü ilin iyulunda elan etmişdi.

Yeniliyin əsas məqsədi iki şeyə xidmət edir: özünü başqası kimi qələmə verən dələduzlarla mübarizə aparmaq və servisin istifadəsini daha rahat etmək.

Hazırda bu funksiyanın yalnız “beta” versiyasında işlədiyi üçün rəsmi buraxılış zamanı dəyişikliklər ola bilər. Amma adətən “Telegram”ın açıq beta versiyalarında artıq hazır həllər sınaqdan keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv