Filippində dəhşətli hadisə: Rusiyalı turisti köpəkbalıqları parçaladı

Filippində dəhşətli hadisə: Rusiyalı turisti köpəkbalıqları parçaladı






presstv

"Presstv"az #Filippin, #Hadisə, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Filippində rusiyalı turisti dayvinq zamanı köpəkbalıqları parçalayıblar. Daha bir turist də güclü sualtı axın səbəbindən boğularaq ölüb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Baza” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, hadisə Sakit okeanda, Verde adası yaxınlığında baş verib. Dörd turist və bir təlimatçı dayvinq həvəskarları arasında populyar olan ərazidə suya dalmaq istəyiblər. Lakin onlar suya enən kimi güclü sualtı axına düşüblər.

Yerli sahil mühafizə xidmətinin məlumatına görə, iki rusiyalı turist təlimatçı ilə birlikdə xilas olmağa və qayığa qayıtmağa müvəffəq olublar, digər ikisi isə itkin düşüb. Dayvinq təlimatçıları və dalğıclar dərhal axtarışa başlayıblar və bir saatdan sonra digər iki şəxsi tapıblar.

39 yaşlı Maksim Melexov huşsuz vəziyyətdə olub və xəstəxanaya çatdırılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. İtkin düşən ikinci şəxs – 29 yaşlı İlya Perequdini isə köpəkbalıqları parçalayıblar, dalğıclar onun qolsuz bədənini tapıblar və çətinliklə sahilə çıxara biliblər.

Dayvinq üçün olan bu ərazi ilə tanış olan dalğıcların sözlərinə görə, Verde adasının ətrafındakı sular çox təhlükəlidir. Axın güclü olduqda böyük qüvvə ilə insanı dərinliyə çəkir, xilasedici vasitələrin kəndirləri isə təzyiq səbəbindən əldə qırılır. İnsan 15-20 metr endikdən sonra, dalğıcın üzərində 20 kiloqrama yaxın avadanlıq olduğu üçün belə güclü bir axını dəf etməsi artıq mümkün olmur.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv