“Qisasçılar”ın rejissorları çəkilişlərdən gileylənirlər: “Sağ qala da bilərik, qalmaya da”

“Qisasçılar”ın rejissorları çəkilişlərdən gileylənirlər: “Sağ qala da bilərik, qalmaya da”






presstv

"Presstv"az #London, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur “Qisasçılar” filminin rejissorları Co və Entoni Russo qardaşları yeni hissələr üzərində işlərin gedişatı barədə danışıblar.

presstvaz-ın xəbərinə görə, bu barədə onlar “Deadline” nəşrinə müsahibələrində bəhs ediblər.

Russo qardaşları bir-birinin ardınca hər iki hissəni – “Qisasçılar: Qiyamət günü” və “Qisasçılar: Gizli müharibələr”i çəkdiklərindən şikayətləniblər. Layihələr üzərində iş Londonda həyata keçirilir.

“Bu, yenə də çoxlu iş deməkdir. Biz sağ qala da bilərik, qalmaya da bilərik. Görəcəyik… Amma şadıq ki, bizim üçün asan olmayacağını düşündüyümüz bir hekayəyə yol tapmışıq. Bu, çox həyəcanvericidir və bizi yataqdan qalxaraq işləməyə məcbur edir”, – deyə rejissorlar etiraf ediblər.

Nəşrin qeyd etdiyinə görə, rejissorlar yeni hissələrdə başqa kainatlardan olan personajların görünüb-görünməyəcəyinə dair sualı cavablandırmaqdan yayınıblar. Co Russo bu sualın cavabını hələ də bilmədiyini deyib.

“Filmlərdə “Marvel”dən istənilən kimsə görünə bilər”, – deyə Russo bildirib.

Qeyd edək ki, “Qisasçılar: Qiyamət günü” filminin premyerası 2026-cı il mayın 1-nə planlaşdırılıb. Məlumdur ki, növbəti hissənin ulduzları Doktor Strenc obrazında Benedikt Kamberbetç və “Fantastik dördlüy”ün yeni heyəti olacaq. “Qisasçılar”ın “Gizli müharibələr” alt başlıqlı yeddinci hissəsi isə 2027-ci il mayın 7-də ekranlara çıxacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv