SMS ləğv edilir: “Gmail” təhlükəsizlik üçün inqilabi yeniliyə gedir

SMS ləğv edilir: “Gmail” təhlükəsizlik üçün inqilabi yeniliyə gedir






presstv

"Presstv"az #Avto, #Google, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google” şirkəti “Gmail”də iki faktorlu autentifikasiya üçün SMS kodlarından istifadəni dayandıracaq.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Engadget” məlumat yayıb.

Bildirilir ki, bunun əvəzinə “Google” istifadəçilərinin təhlükəsizliyini artırmaq məqsədilə QR kodlara keçid edir.

Qeyd edək ki, telefon nömrəsinə SMS vasitəsilə təsdiq kodunun göndərilməsi “Gmail”də uzun müddət standart seçim olub. Lakin “Google”un ekspertlərinin qeyd etdiyinə görə, bu sistem SMS-lərdən geniş yayılmış sui-istifadə ilə əlaqədar çox zəifləyib.

Yeni sistem istifadəçinin smartfonu ilə skan etməli olduğu QR kodun yaradılmasını nəzərdə tutur. Bu, fırıldaqçıların SMS mesajlarını ələ keçirməsi, istifadəçinin telefon nömrəsinə giriş əldə etməsi və ya “trafik-pampinq” üsulları ilə qazanc əldə etməsi ilə bağlı risklərin qarşısını alacaq.

QR kodların istifadəsi də smartfon tələb etməyinə baxmayaraq, bu texnologiya SMS autentifikasiyası ilə müqayisədə təhlükəsizliyi xeyli artırır.

“Google” vurğulayır ki, istifadəçilərin yoxlanılması və spamın qarşısının alınması üçün göndərilən SMS mesajlarının həcmi bu sistemi sui-istifadələrə qarşı həssas edir.

Uzunmüddətli perspektivdə “Google” parollardan tamamilə imtina edərək “passkeys” sisteminə keçməyi planlaşdırır, lakin onların tətbiqi hələlik yavaş gedir. QR kodlara keçid avtorizasiya prosesinin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulan aralıq mərhələdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv