32 günlük körpənin anası imdad diləyir: “Uşağa yemək almağa belə çətinlik çəkirik”

32 günlük körpənin anası imdad diləyir: “Uşağa yemək almağa belə çətinlik çəkirik”






presstv

"Presstv"az #Həkim, #Köməyə ehtiyacı olan insanlar, #Körpə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

32 günlük körpənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-a onun anası Yasəmən Qarayeva məlumat verib.

O bildirib ki, övladı 32 gün əvvəl 28 həftəlik olarkən doğulub:

“Murad 32 gün əvvəl dünyaya gəlib. Mən 13 il övlad həsrəti çəkmişəm, illərlə ağır müalicələrdən sonra Murada hamilə qaldım. Hamiləliyim çox çətin və ağır keçib. 28 həftəlik hamilə olarkən həkim mütləq uşağı götürməli olduğumuzu dedi. Murad 1.3 kiloqram ağırlığında dünyaya gəldi. 14 gün küvəzdə qaldı”.

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Muradın çəkisi az olduğu üçün həyatda qalması çox çətin idi. İnanın, küvəzdə qaldığı zaman bəlkə də 5000 manatdan çox pul xərcləmişik onu həyatda saxlamaq üçün. Sizin saytın izləyicilərinin dəstəyi ilə onun müalicələrini edə bilmişik. Hazırda Muradın çəkisi 2.3 kiloqramdır. Həkim müalicələri və qidasını düzgün edə bilsək, həkim onun vəziyyətinin yaxşıya doğru gedəcəyini deyir. Muradın yeməklərini almağa belə çətinlik çəkirik. Hazırda müalicələri davam etdirə bilmək üçün 1 500 manata ehtiyacımız var. Murad burun yolu ilə qidalanır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 329-77-59.

“Uni Bank”: 5243 7544 4718 1999.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv