“CineMastercard”da “Bricit Cons. Oğlana heyran” filminin premyeradan öncə nümayişi keçirilib

“CineMastercard”da “Bricit Cons. Oğlana heyran” filminin premyeradan öncə nümayişi keçirilib






presstv

"Presstv"az #CineMastercard, #Jurnalistlər, #Yazıçı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Sevgililər Gününə özəl olaraq Britaniya istehsalı “Bricit Cons. Oğlana heyran” romantik komediyasının premyeradan öncə nümayişi keçirilib.

Film ingilis yazıçısı Helen Fildinqin romanı əsasında çəkilib, rejissoru Maykl Morrisdir.

Əsas rolları Rene Zellveqer, Kolin Fyort, Çivetel Eciofor, Leo Vudall, Hyu Qrant, Emma Tompson və başqaları ifa ediblər.

Film haqqında qısa məlumat: Bir neçə il əvvəl Bricit Cons sevimli həyat yoldaşını itirib – Mark Darsi Sudanda humanitar missiya zamanı həlak olub. Həyatını davam etməyə çalışan Bricit işə qayıdır və hətta tanışlıq proqramından da istifadə etməyə başlayır. Bu proqram vasitəsilə onun həyatına gənc və yaraşıqlı oğlan daxil olur. Tənha ana olan Bricit eyni zamanda ev, iş və romantik münasibətləri tənzimləməli, atasızlıqdan əziyyət çəkən oğlunu dəstəkləməli, həmçinin oğlunun məktəb yoldaşlarının ideal analarının qınaqlarına sinə gərməlidir.

Xüsusi nümayişdə “Mastercard” beynəlxalq ödəniş sisteminin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış insanlar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

“CineMastercard” kinoteatrının komandası və “Bolşoy Prazdnik” dekorasiya şirkəti qonaqların sevgi və romantika mühitinə qərq olmaları üçün hər bir detalı diqqətlə düşünüblər. Ürək formalı şarlar, canlı musiqi, animatorun parlaq obrazı, romantik kompozisiyalar və “Selfie Room”dan yaddaqalan fotoşəkillər bu axşam hər kəsə parlaq və səmimi hisslər bəxş edib.

Tədbirin təşkilinə “Brand Media Groups”, “MADO” restoranı, “Light in Black” foto və video kreativ şirkəti, “Hellofox” event agentliyi və “Hillside” premium şərabları dəstək göstəriblər.

“CineMastercard” hər zaman xoş sürprizlər etməyə və sizi kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv