Ed Şiran üçün şok: Hindistan polisindən onun küçə konsertinə kobud müdaxilə

Ed Şiran üçün şok: Hindistan polisindən onun küçə konsertinə kobud müdaxilə






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #Hadisə, #Hindistan, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünya şöhrətli britaniyalı müğənni və bəstəkar Ed Şiran Hindistana səfəri zamanı qalmaqalın mərkəzində olub. Gözlənilməz hadisə fevralın 10-da Banqalor şəhərində baş verib, polis qəfildən müğənninin küçə çıxışını dayandırıb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “The Guardian” xəbər yayıb.

Bununla bağlı yayılan kadrlardan görünür ki, Şiran gitarada ifa edərək “Shape of You” hitini oxuyarkən polis ona yaxınlaşıb və kobud şəkildə mikrofonu söndürüb.

Hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, improvizə edilmiş konsertin keçirildiyi Çörç-stritin həddindən artıq sıx olması səbəbindən çıxışın təşkilatçılarına icazə verilməyib.

Lakin karyerasına məhz Böyük Britaniyada küçə musiqiçisi kimi başlayan Ed Şiranın özü sonradan sosial şəbəkələrdə Banqalorda çıxış üçün rəsmi icazəsinin olduğunu bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə artıq bu hadisə ilə bağlı memlər də paylaşılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv