Britaniyalı kişi öz itmiş “Bitcoin”lərini tapmaq üçün maraqlı qərar verdi: Zibil poliqonunu alır

Britaniyalı kişi öz itmiş “Bitcoin”lərini tapmaq üçün maraqlı qərar verdi: Zibil poliqonunu alır






presstv

"Presstv"az #Böyük Britaniya, #Dollar, #Günəş, #Hakim, #Kriptovalyuta

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Britaniyalı mayner (mayninq – kriptovalyuta platformalarının fəaliyyətini təmin etmək üçün yeni strukturların yaradılması fəaliyyəti, mayner – mayninq üzrə ixtisaslaşmış kripto icmasının üzvü – red.) Ceyms Hauells 2013-cü ildə zibil poliqonunda itirdiyi və içində 8 000 “Bitcoin” olan sərt diski tapmaq üçün böyük riskə getməyə qərar verib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Guardian” nəşri məlumat verib.

Məlumata görə, yerli hakimiyyət orqanları zibil poliqonunu bağlamaq planlarını açıqladıqdan sonra Hauells ərazini almaq qərarına gəlib.

Qeyd edək ki, onun sevgilisi səhvən içində diskin olduğu paketi zibil qutusuna atdıqdan sonra sərt disk zibil poliqonuna düşüb. O vaxtdan bəri Hauells öz rəqəmsal xəzinəsini tapmaq ümidini itirməyib. Axtarışlar xüsusilə də bir neçə ay əvvəl, itirilmiş “Bitcoin”lərin dəyəri 750 milyon dollara çatanda daha da aktivləşib.

Lakin maynerin məhkəmə çəkişməsində olduğu Nyuport şəhər şurası artıq 9 dəfə ona zibilxanada qazıntı işləri aparmağa icazə verməyib. Bundan sonra tullantı poliqonunun sahələrindən birinin günəş elektrik stansiyasının tikintisi üçün ayrılmasının planlaşdırıldığını öyrənən mayner çox gec olmadan poliqonu almaq qərarına gəlib.

Ceyms Hauells poliqon üçün ödəməyə hazır olduğu məbləği isə açıqlamır.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv