Azərbaycanda un BAHALAŞDI – SON QİYMƏTLƏR






presstv

"Presstv"az #Anadolu, #Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, #Azərbaycan, #Bakı, #İqtisadiyyat Nazirliyi, #Unun qiyməti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda unun son topdansatış qiyməti məlum olub.

presstvaz   xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50 – 28.20 manat arasında dəyişir. Daha əvvəl bu rəqəm 26 – 28.20 manat təşkil edirdi.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC (26 manat 50 qəpik), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik).

“Dəvəçi-Taxıl” MMC tərəfindən istehsal olunan unun topdan satış qiymətləri əvvəlki göstəriciləri ilə müqayisədə 50 qəpik bahalaşıb.

Bu ilin fevralın 10-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

“ATS MİLL” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.20 manat (10 qəpik baha);

“Anadoluqida” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.40 manat (25 qəpik baha);

“AVETA” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (15 qəpik baha);

“KARAT HOLDİNQ” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 – 27.4 manat (15 qəpik baha);

“Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.8 manat (20 qəpik baha);

“Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.6 manat (25 qəpik baha);

“NEON” Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.85 manat (25 qəpik baha);

“Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.10 manat (40 qəpik baha);

“Qarabağ un” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.90 manat (10 qəpik baha);

“Hazartürk LTD” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;

“Sünbül 2012” MMC, “Avrora” MMC və “Taxıl AQRO” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (30 qəpik baha);

“SKY AGRO” MMC və “Bakı Taxıl Terminalı” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.1 manat (5 qəpik baha);

“Səma” fərdi firması, “PAK-NUR” FİRMASI, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “Karmen”, “Orxan UN”, “Xırman”, “Dəniz un sənayesi LTD” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (25 qəpik baha).


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv