Elektron reseptlərin apteklərdə istifadə olunurmu? – VİDEO

Elektron reseptlərin apteklərdə istifadə olunurmu? – VİDEO






presstv

"Presstv"az #Həkim, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əksər tibb müəssisələrində həkimlər hələ də kağıza resept yazırlar. Lakin, kağız reseptlərdən istifadə zamanla tamamilə aradan qaldırılacaq.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, artıq Vətəndaşlar bütün apteklərdə mobil tətbiqlər vasitəsilə prosesi icra edə bilərlər.

Bəs, elektron reseptlə istənilən aptekə yaxınlaşmaq olarmı? Hazırda elektron resept sisitemi apteklərdə necə işləyir?

Əczaçıların sözlərinə görə, sistem qurulsa da hələ ki kağız reseptlə müraciətlər daha çoxdur.

Lakin hər kəs ölkə üzrə istənilən özəl və dövlət tibb müəssisələrində həkimdən elektron resept tələb edə bilər. Səhiyyə Nazirliyinin  Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova  deyir ki, elektron resept tətbiqi həkimlərin “firma dərmanları” yazmasının qarşısını alacaq

Nazirlik rəsmisi onu da qeyd edib ki, bu məsələ ilə bağlı hazırda hansısa cərimə tətbiqi nəzərdə tutulmayıb.

Mütəxəssis qeyd edib ki, kağız reseptlər zədələnə bilər və onu itirmək mümkündür. Elektron reseptlər isə həm də şəffaflığın təmin olunmasına xidmət edir.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv