“Yumurta mafiyası” ifşa edildi: Qiyməti artırmaq üçün bunu edirmişlər

“Yumurta mafiyası” ifşa edildi: Qiyməti artırmaq üçün bunu edirmişlər






presstv

"Presstv"az #Bahalaşma, #Qida məhsulları, #Rusiya, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) “DV Nevada” şirkətinə və Xabarovsk diyarında iki toyuq yumurtası istehsalçısına (“Xabarovski damazlıq quşçuluq zavodu” ASC və “Komsomolskaya quşçuluq ferması” ASC) qarşı iş açıb.

presstvaz publika.az-a istinadən xəbər verir ki, istintaq əvvəllər FAS tərəfindən yumurta istehsalçıları və federal pərakəndə satış şəbəkələrində aparılan yoxlamalar nəticəsində aparılır.

İstintaqçılar məhsulun maya dəyərinin artmasına səbəb ola biləcək rəqabətə zidd razılaşmaların əlamətlərini aşkar ediblər.

İlkin məlumatlara görə, adıçəkilən şirkətlər bölgədəki mağazalarda yumurta satarkən öz fəaliyyətlərini əlaqələndiriblər ki, bu da malların maya dəyərinə təsir göstərib.

Bundan əvvəl antiinhisar qurumu mümkün qiymət artımına qarşı mübarizə çərçivəsində logistika xərclərinin qida məhsulları və qablaşdırma istehsalçılarının, o cümlədən yumurta üçün karton qablaşdırmanın yekun dəyərinə təsirini yoxlamağı planlaşdırdığını bildirmişdi.

2023-cü ilin dekabrında Rusiya prezidenti Vladimir Putin “Birbaşa Xətt” zamanı yumurtanın bahalaşmasına görə ruslardan üzr istəyib və vəziyyəti hökumətin işində uğursuzluq kimi izah edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv