Tramp cinsini dəyişən kişilərin qadınlarla yarışmasını qadağan edən fərman imzaladı

Tramp cinsini dəyişən kişilərin qadınlarla yarışmasını qadağan edən fərman imzaladı






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Araşdırma, #Donald Tramp, #İdman, #Jurnalistlər, #Kaliforniya, #Los-Anceles, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp cinsini dəyişmiş kişilərin qadın idman yarışlarında iştirakını qadağan edən fərman imzalayıb.

presstvaz-ın verdiyi məlumata görə, imzalanma mərasimi “C-SPAN” telekanalında yayımlanıb.

“Bundan sonra qadın idman növləri yalnız qadınlar üçün olacaq”, – deyə Tramp fərmanı imzalamadan əvvəl çıxışında bildirib.

Tramp əvvəlki administrasiyanı radikal sol ideyaları dəstəkləməkdə və bioloji cinsi mənsubiyyət konsepsiyasından imtina etməyə cəhd göstərməkdə ittiham edib.

“Özlərini qız kimi göstərən kişilər 3500-dən çox yarışda onlardan qələbəni oğurlayıblar ki, bu da çox böyük rəqəmdir. Onlar qadınlar üçün nəzərdə tutulmuş 11 000-dən çox yarışda iştirak ediblər”, – deyə ABŞ lideri qeyd edib.

Trampın sözlərinə görə, onun imzaladığı fərman bioloji kişilərin qadın idman yarışlarında iştirakına icazə verən ABŞ təhsil müəssisələrinin federal maliyyələşdirilməsinin dayandırılmasını və onlara qarşı araşdırmaların aparılmasını nəzərdə tutur.

Bundan əlavə, Trampın fərmanına əsasən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi cinsini dəyişmiş kişi idmançılara ABŞ vizası verməkdən imtina edəcək.

“Bu fərman qadın idman növləri uğrunda mübarizənin başa çatması deməkdir”, – deyə Ağ Ev rəhbəri bildirib.

O vurğulayıb ki, bunu çoxdan etmək lazım idi.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolin Livitt çərşənbə günü jurnalistlər üçün brifinqdə qeyd edib ki, Tramp ABŞ Olimpiya Komitəsi və Milli Tələbə İdman Assosiasiyasının bundan sonra kişilərin qadın idman növlərində yarışlarda iştirakına icazə verməyəcəyini gözləyir.

Bununla belə, o, Trampın yeni fərmanının 2028-ci ildə Los-Anceles (Kaliforniya ştatı) Yay Olimpiya Oyunlarının keçirilmə qaydalarına necə təsir edəcəyi və orada cinsini dəyişmiş kişilərin qadın yarışlarında iştirakına icazə verilib-verilməyəcəyi sualına cavab verməyib.

Yanvarın 21-də Tramp ABŞ-da yalnız iki dəyişməz cinsin – kişi və qadın cinsinin mövcudluğunun tanınması və “gender ideologiyası”ndan imtina edilməsi haqqında fərman imzalayıb. Bütün federal idarələrə gender ideologiyasını təbliğ edən və ya təlqin edən bütün məlumatları silmək tapşırılıb və bu cür ideyaların yayılması üçün dövlət maliyyələşdirilməsindən istifadə etmək qadağan edilib. Həmçinin dövlət vəsaiti hesabına cinsin dəyişdirilməsi üzrə tibbi prosedurların aparılması da qadağan edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv