Kobaxidze: “USAID-in maliyyəsi Gürcüstanda inqilablar təşkil etmək üçün istifadə edilib”

Kobaxidze: “USAID-in maliyyəsi Gürcüstanda inqilablar təşkil etmək üçün istifadə edilib”






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Gürcüstan, #İrakli Kobaxidze, #Jurnalistlər, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“USAID-in maliyyəsi real məqsədlər üçün, xeyriyyə məqsədləri üçün istifadə edilməyib”.

presstvaz   “İnterpressnews”a istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Qazaxıstanda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün ABŞ administrasiyası rəsmən Gürcüstan hökumətinin dediklərini təkrarlayır.

“2023-cü ilin yazından bəri bizim dediklərimizi bu gün ABŞ hökuməti rəsmi olaraq təkrarlayır. Biz deyirdik ki, USAID-in maliyyəsi real məqsədlər üçün, xeyriyyə məqsədləri üçün istifadə edilməyib. Bütün bunlar ölkələrdə, xüsusilə Gürcüstanda inqilablar təşkil etmək, narahatlıq yaratmaq, sabitliyi pozmaq və s. məqsədlər üçün istifadə edilib. Əlbəttə ki, bütün bunlar əlavə araşdırma tələb edir.

Biz USAID-in fəaliyyətinin üç aylıq dayandırılmasına şadıq. Bizim üçün əsas odur ki, bu vəziyyət belə də qalsın. USAID-in bir daha heç vaxt ölkəmizdə sabitliyi pozmağa cəhd etməməsi, məsələn, səsvermə nəticələrinin saxtalaşdırılmasına çalışmaması və ya birbaşa inqilabi prosesləri dəstəkləməməsi çox vacibdir. Ümid edirik ki, təşkilatın işinin üç aylıq dayandırılması mexanizmi qüvvədə qalacaq”, – deyə baş nazir bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv