Kaş təyyarəmizi vuranlara ölüm hökmü verilə – Hökumənin atasından REAKSİYA

Kaş təyyarəmizi vuranlara ölüm hökmü verilə – Hökumənin atasından REAKSİYA






presstv

"Presstv"az #Aktau, #Aktau şəhəri, #Aleksandr Kalyaninov, #Azərbaycan, #Azərbaycanın Milli Qəhrəmanı, #Bakı, #Hadisə, #Hökumə Əliyeva, #İqor Kşnyakin, #Qazax, #Qazaxıstan, #Qroznı, #Rusiya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə “Reuters” agentliyinə bir sıra yeni faktları açıqlayıb.

Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub.

“Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, – mənbə bildirib.

Hadisə nəticəsində dünyasını dəyişənlərdən biri də təyyarənin stüardessası Hökumə Əliyeva olub. Ona və pilotlar – İqor Kşnyakin və Aleksandr Kalyaninova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

presstvaz   xəbər verir ki, Hökumə Əliyevanın atası Cəlil Əliyev Modern.az-a açıqlamasında təyyarəmizi vuranlara ölüm hökmünün verilməsini istədiyini deyib:

“Hökumətimiz nə lazımdırsa, edəcək. Əgər məni məhkəməyə filan çağırsalar, ən yüksək cəza hansıdırsa, onun verilməsini istəyərəm. Mənə maraqlıdır ki, niyə və nə səbəbə onlar bizim təyyarəmizi vurublar. Valideyn övladı üçün canını qurban edər. Təki təyyarəmizi vuranlar şəhid olanlar kimi ölələr. Kaş ki, onlara ölüm hökmü verilə”.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv