Ermənistan KİV: “Ölkə futbolunu qalmaqallı ifşalar gözləyir”

Ermənistan KİV: “Ölkə futbolunu qalmaqallı ifşalar gözləyir”






presstv

"Presstv"az #Ermənistan, #Futbol, #Gürcüstan, #İdman, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Erməni futbolunu qalmaqallı ifşalar gözləyir, xüsusən də mərc oyunları və bu bizneslə məşğul olan yerli klublardan biri ilə bağlı”.

presstvaz-ın xəbər verir ki, bu barədə Ermənistan KİV-də yazı dərc olunub.

“Bizə çatan məlumatlara görə, hüquq-mühafizə orqanları Ermənistan Futbol Federasiyasının maliyyə fəaliyyətinə maraq göstərməyə başlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları əsasən də Ordu Mərkəzi İdman Klubuna, komandaya dəvət olunmuş və mahiyyət etibarilə, orduda xidmətdən azad edilmiş gənclərin seçilməsi məsələsinə maraq göstərə bilərlər. Həmçinin futbol federasiyasında saxlanmaların ola biləcəyi ilə bağlı məlumatlar da var”, – deyə yazıda bildirilib.

Eyni zamanda, qeyd edilib ki, Ermənistan Futbol Federasiyasının rəhbəri Armen Melikbekyanın “növbəti uğursuzluqlarından” biri də Ermənistan millisinə baş məşqçi təyin olunacağına dair vədinə əməl etməməsi olub. Ermənistan millisinin isə martda Millətlər Liqasının pley-off matçlarında Gürcüstan yığması ilə qarşılaşması gözlənilir.

Xatırladaq ki, 2024-cü il oktyabrın 13-də Ermənistan millisi evdə Şimali Makedoniyaya 0:2 hesabı ilə uduzub və C Liqasının dördüncü qrupunda birinci yeri tutmaq şansını praktiki olaraq itirib. Oyundan az sonra baş məşqçi Aleksandr Petrakovun istefaya getdiyi məlum olub.

Oyundan sonra FAF (First Armenian Front – Birinci Erməni Cəbhəsi) nümayəndələri Ermənistan Futbol Federasiyasının binası qarşısında toplaşaraq, onun rəhbəri ilə görüş tələb ediblər. Melikbekyan onların qarşısına çıxmadığı üçün fanatlar onu istefa verməyə çağırıblar. Bu tələbi Ermənistan Premyer Liqasının bir sıra klubları da dəstəkləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv