Braziliya futbolunda dava – 23 qırmızı kart verildi

Braziliya futbolunda dava – 23 qırmızı kart verildi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Braziliya futbolunda "Kruzeyro" – "Atletiko-MG" matçında kütləvi dava düşüb.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, oyunun ilk yarısının son dəqiqələrində futbolçular arasında başlayan mübahisə qısa müddətdə geniş vüsət alıb.

Belə ki, mübahisə əlavə vaxtda "Atletiko-MG"nin qapıçısı Everson ilə "Kruzeyro"nun yarımmüdafiəçisi Kriştian arasında baş verən epizoddan sonra başlayıb. Bundan sonra hər iki komandanın futbolçuları, ehtiyat oyunçuları və məşqçi heyəti meydana daxil olaraq bir-birinə hücum edib, yumruq və təpiklər atıb.

Hakim insidentdən sonra 12-si "Kruzeyro", 11-i isə "Atletiko-MG" futbolçularına olmaqla rekord sayda – 23 qırmızı vərəqə göstərib.

Bu, Braziliya futbolunda bir oyunda göstərilən ən çox qırmızı vərəqə kimi tarixə düşüb.

Qarşılaşma təxminən 10 dəqiqə dayandırılıb, stadionda vəziyyəti sakitləşdirmək üçün təhlükəsizlik qüvvələri müdaxilə edib. Davada bəzi futbolçuların xəsarət aldığı, qapıçı Eversonun isə başı yarıldığı üçün meydanı tərk etdiyi bildirilir.

Qeyd edək ki, matç 1:0 hesabı ilə "Kruzeyro"nun qələbəsi ilə başa çatıb.

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv