BMT-də qalmaqal: Nikaraqua FAO-dan çıxır

BMT-də qalmaqal: Nikaraqua FAO-dan çıxır






presstv

"Presstv"az #Sağlam qidalanma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nikaraqua hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) çıxdığını bildirib. Buna səbəb beynəlxalq təşkilatın keçən il dünyada ərzaq təhlükəsizliyinin vəziyyəti haqqında dərc etdiyi hesabatı olub.

presstvaz-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Valdrak Yençke bəyan edib.

Onun sözlərinə görə, təşkilat siyasi məqsədlərlə qəsdən təsdiqlənməmiş məlumatlar dərc edib. XİN rəhbəri FAO-nun mövqeyini qəbuledilməz, yolverilməz və hörmətsiz adlandırıb.

“Bununla əlaqədar olaraq Nikaraquanın bu təşkilatdan çıxdığını və onun Nikaraquadakı nümayəndəliyinin və ofislərinin dərhal bağlanmasını tələb etdiyimizi bildiririk”, – deyə o bildirib.

Qeyd edək ki, söhbət “2024-cü ildə dünyada ərzaq təhlükəsizliyi və qidalanmanın vəziyyəti” hesabatından gedir. Sənəddə qeyd olunub ki, 2022-ci ildə Nikaraqua əhalisinin 1/4-dən çoxu – 27.3%-i (təxminən 1.9 milyon insan) sağlam qidalanmaya çıxışı olmayıb. Təşkilat Nikaraquanı ərzaq çatışmazlığı olan ölkələr sırasına daxil edib və bildirib ki, 2021-2023-cü illərdə aclığın yayılması 3.67-4.61% səviyyəsində olub.

Nikaraqua hökuməti bildirib ki, bu hesabat qərəzli, metodoloji ciddilikdən məhrum və siyasi məqsədlərlə qəsdən yayılmış, müdaxiləçi, təcavüzkar xarakterli yalan məlumatlar ehtiva edən sənəddir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv