Alış-veriş zamanı diqqətli olun, bakteriya mənbəyidir – Hamınız istifadə edirsiniz

Alış-veriş zamanı diqqətli olun, bakteriya mənbəyidir – Hamınız istifadə edirsiniz






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Market arabaları azyaşlı uşaqlar üçün təhlükəlidir.

presstvaz-ın məlumatına görə, Avstraliyada yaşayan bir ana 10 aylıq körpəsini market arabasının uşaq oturacağına əyləşdirib. Körpə tutacaqları ağzına aparıb və əlləri ilə metal hissələrə toxunub.

Alış-verişdən bir gün sonra uşaqda güclü qusma, yüksək hərarət və şiddətli ishal əlamətləri müşahidə olunub. Xəstəxanada aparılan müayinələr zamanı körpəyə salmonella və rotavirusu diaqnozu qoyulub.

Bildirilir ki, çiy ət və tərəvəzlərdən sızan mayelər, çirkli əllər və gün ərzində minlərlə insanın təması bu səthləri mikrob mənbəyinə çevirir. İmmun sistemi tam formalaşmamış körpələr üçün belə səthlərlə təmas ciddi infeksiya riski yaradır.

Valideynlərə market arabasından istifadə etməzdən əvvəl tutacaqları dezinfeksiyaedici salfetlə silmək, alış-verişdən sonra uşağın əllərini dərhal təmizləmək tövsiyə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv